Yuxarı

​Çində kimyəvi müəssisələrdə yoxlama aparılacaq

Tyantszin şəhərindəki anbarda baş verimiş iki güclü partlayış nəticəsində ölənlərin sayı 55-ə çatıb

Bakı. 14 avqust. REPORT.AZ/ Çin hakimiyyəti ölkədə kimyəvi maddələr və partlayıcılar istehsal edən bütün şirkətlərdə yoxlama aparacaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda Çin hökuməti məlumat yayıb.

Bu qərar Tyantszin şəhərindəki anbarda baş vermiş iki güclü partlayışdan sonra qəbul edilib.

Qeyd edək ki, avqustun 13-də baş verən həmin hadisənin qurbanlarının sayı 55-ə çatıb. Bundan başqa partlayış nəticəsində 5 min təzə "Volkswagen", "BMW", "Toyotа" və "Mazda" markalı avtomobil yanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi