​Çində hər gün 821 nəfər korrupsiya ittihamı ilə həbs edilir

​Çində hər gün 821 nəfər korrupsiya ittihamı ilə həbs edilir Ölkə başçısı korrupsiyaya qarşı mübarizənin Kommunist Partiyasının başlıca vəzifəsi olduğunu bildirib
Digər ölkələr
7 Mart , 2016 10:33
​Çində hər gün 821 nəfər korrupsiya ittihamı ilə həbs edilir

Bakı. 7 mart. REPORT.AZ/ Ötən il Çində 300 min məmur korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu rəqəm ölkə parlamentinin iclasında açıqlanıb.

Bu da orta hesabla hər gün 821 nəfərin korrupsiya ittihamları ilə həbs edilməsi deməkdir.

Ölkənin indiki başçısı Si Tszinpin korrupsiyaya qarşı mübarizənin Çin Kommunist Partiyasının başlıca vəzifəsi olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi