Çində daşqınlar təxminən 12 min nəfərə xətər yetirib

Çində daşqınlar təxminən 12 min nəfərə xətər yetirib Leysan yağışları iki gün davam edib və çayda suyun səviyyəsinin artmasına gətirib çıxarıb
Digər ölkələr
3 İyun , 2017 17:09
Çində daşqınlar təxminən 12 min nəfərə xətər yetirib

Bakı. 3 iyun. REPORT.AZ/ Çinin Yunnan vilayətinin Qunşan mahalında davam edən leysan yağışları güclü daşqınlara səbəb olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət 11 min 800 nəfərə xətər yetirib.

Məlumata görə, leysan yağışlar iki gün davam edib və Dulun çayda suyun səviyyəsinin artmasına gətirib çıxarıb. Nəticədə yolları su basıb, 6 körpü və 100-ə yaxın ev dağılıb, elektrik xətləri sıradan çıxıb, təxminən 40 hektar əkinə yararlı torpaq sahəsi su altında qalıb.

Yerli hökumət orqanları insanları təhlükəsiz yerlərə evakuasiya edib. Hadisə yerində xilasetmə qrupları işləyir.

Son xəbərlər

Orphus sistemi