Çində dam örtüyünün uçması nəticəsində 8 nəfər ölüb

Çində dam örtüyünün uçması nəticəsində 8 nəfər ölüb Bakı. 28 iyul. REPORT.AZ/ Çinin Çjetszyan əyalətində iri dam örtüyünün uçması 8 nəfər həyatını itirib.
Digər ölkələr
28 İyul , 2018 05:15
Çində dam örtüyünün uçması nəticəsində 8 nəfər ölüb

Bakı. 28 iyul. REPORT.AZ/ Çinin Çjetszyan əyalətində iri dam örtüyünün uçması 8 nəfər həyatını itirib. 

"Report" xəbər verir ki, hadisə cümə günü axşam baş verib. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, dağıntılar altında əsasən yaşlı insanlar qalıb. Hadisə yerində xilasedicilər işləyir.

O da qeyd olunub ki, daha üç nəfər də yaralanıb. Dağıntılar altında hələ də insanlar var. 

Şahidlər deyiblər ki, hadisəyə səbəb pis hava şəraitinin - yağış yağması və güclü külək olması olub. 

Faktla bağlı təhqiqat işlərinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi