Çində daha bir həkim koronavirusa yoluxdu

Çində daha bir həkim koronavirusa yoluxdu Çində yen növ koronavirusun ocağı olan Uhan şəhərinin 8-ci xəstəxanasının baş həkimi Vanq Pinq bu xəstəliyə yoluxub.
Digər ölkələr
19 Fevral , 2020 17:46
Çində daha bir həkim koronavirusa yoluxdu

Çində yen növ koronavirusun ocağı olan Uhan şəhərinin 8-ci xəstəxanasının baş həkimi Vanq Pinq bu xəstəliyə yoluxub.

“Report” “Beiqingbao”ya istinadən xəbər verir ki, xəstəxana rəhbəri şəhərin “Jinintanq” xəstəxanasının intensiv müalicə bölməsinə yerləşdirilib, onun üçün qan plazmasının tapıldığı bildirilir.

Qeyd edək ki, ölkənin Milli Səhiyyə Komissiyası ağır vəziyyətdə olan yoluxanların müalicəsi üçün koronavirusdan sağalanların qan plazmasını köçürtməyi tövsiyə etmişdi.

Xatırladaq ki, bundan əvvəl Uhan şəhərinin Vuçan dairə xəstəxanasının baş həkimi, 52 yaşlı Liu Jiminq koronavirusdan dünyasını dəyişmişdi.

Son xəbərlər

Orphus sistemi