Yuxarı

Çində naməlum şəxs şagirdləri bıçaqlayıb

Hücum nəticəsində yeddi uşaq xəsarət alıb

Bakı. 29 fevral. REPORT.AZ/ Çinin cənubundakı Haynan əyalətinin inzibati mərkəzi olan Haykou şəhərində naməlum şəxs ibtidai sinif şagirdlərini bıçaqlayıb.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində yeddi uşaq xəsarət alıb. Onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Boğazından yaralanmış bir qızın vəziyyəti narahatlıq doğurur.

Şahidlərin sözlərinə görə, hücum edən şəxsin 30-40 yaşı var. Hadisədən sonra o gizlənməyi bacarıb.

Artıq hadisə yerinə polis də gəlib, istintaq və təcavüzkarın axtarışı başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi