Bakı. 18 May. REPORT.AZ/ Çinin cənubunda zəlzələ baş verib. "Report" xəbər verir ki, bu haqda ölkənin Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ Yunan əyalətində, yerli vaxtla saat 00:48-də qeydə alınıb.
Yeraltı təkanların gücü 5 bala çatıb.
Zəlzələ bəzi yerlərdə qismən dağıntılara səbəb olub. Belə ki, ayrı-ayrı yerlərdə evlərin divarlarında çatlar yaranıb. Bəzi evlərin tavanı uçub.
Hələlik tələfat haqqında məlumat hər hansı verilmir.