Çində avtobusla yük maşını toqquşub: 6 ölü, 14 yaralı var

Çində avtobusla yük maşını toqquşub: 6 ölü, 14 yaralı var Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib
Digər ölkələr
8 Fevral , 2018 19:01
Çində avtobusla yük maşını toqquşub: 6 ölü, 14 yaralı var

Bakı. 8 fevral. REPORT.AZ/ Çinin Qirin (Tszilin) əyalətində avtobusla yük maşınının toqquşması nəticəsində 6 nəfər ölüb, daha 14-ü müxtəlif dərəcəli bədən xəsarəti alıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, qəza fevralın 8-də gündüz saatlarında qeydə alınıb.

Hələlik müəyyən edilməmiş səbəbdən yük maşını qarşı zolağa çıxaraq avtobusla toqquşub. Nəticədə 4 nəfər hadisə yerində ölüb, daha 2 nəfər isə xəstəxanaya gətirildikdən sonra dünyasını dəyişıb. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti stabildir. 

Son xəbərlər

Orphus sistemi