Bakı. 26 dekabr. REPORT.AZ/ Çinin şərqində gips şaxtasının çökməsindən sonra 18 nəfər hələ də dağıntıların altında qalıb.
"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, hadisə dünən Şandun əyalətində baş verib, 10 şaxtaçı elə həmin gün xilas edilib
Xilasedicilər daha sonra daha 1 nəfəri xilas edə bilib. Digər 18 mədənçi isə şaxtanın iki müxtəlif hissəsində sıxışıb qalıb. Şaxta tunelinin deformasiyaya uğraması isə onları oradan çıxarmağı çətinləşdirir.
Qeyd olunur ki, şaxtanın çökməsinə regionda baş vermiş zəlzələ səbəb ola bilər. İşlə bağlı istintaq davam edir.