Çjan Çzyun: "Çində 130-dan çox insan koronavirusdan sağalıb" - FOTO

Çjan Çzyun: "Çində 130-dan çox insan koronavirusdan sağalıb" - FOTO Çində 130-dan çox insan koronavirusdan sağalıb.
Digər ölkələr
31 Yanvar , 2020 03:00
Çjan Çzyun: Çində 130-dan çox insan koronavirusdan sağalıb - FOTO

Çində 130-dan çox insan koronavirusdan sağalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin BMT yanında daimi nümayəndəsi Çjan Çzyun xəbər verib.

"Biz irəliləyə nail oluruq. Əvvəl bilmirdik ki, bu nə virusdur, amma indi virusun əvvəlki növünü yenisindən ayıra bilərik. Bu prinsipialdır” - o deyib.

Çjan Çzyun qeyd edib ki, Çində onlarla insan bu xəstəliyin qurbanı olub. “Bəli, biz çox həyat itirdik, amma eyni zamanda 130-dan çox həyat xilas edilib, insanlar xəstəlikdən sağaldılar", - o bildirib.

Onun sözlərinə görə, xəstəliklə mübarizə, onun yayılmasının qarşısının alınması Çin üçün əsas vəzifədir.

“Əminik ki, ona qalib gələ bilərik", - Çjan Çzyun əlavə edib.

Son xəbərlər

Orphus sistemi