Çində "Huawei"in maliyyə direktorunun həbsindən sonra 13 kanadalı saxlanılıb

Çində "Huawei"in maliyyə direktorunun həbsindən sonra 13 kanadalı saxlanılıb Bakı. 4 yanvar. REPORT.AZ/ Çində dekabrın 1-i Huaweiin maliyyə direktoru Men Vançjounun Vankuverdə həbsindən bu günə kimi 13 Kanada vətəndaşı saxlanılıb.
Digər ölkələr
4 Yanvar , 2019 07:53
Çində Huaweiin maliyyə direktorunun həbsindən sonra 13 kanadalı saxlanılıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Çində dekabrın 1-i "Huawei"in maliyyə direktoru Men Vançjounun Vankuverdə həbsindən bu günə kimi 13 Kanada vətəndaşı saxlanılıb.

"Report" "The Globe and Mail" nəşrinə istinadən xəbər verir ki, Kanada Xarici İşlər Nazirliyinin mətbuat katibi çoxlu sayda ölkə vətəndaşının Çində saxlanılması faktını təsdiq edib.

"Kanadanın Xarici İşlər Nazirliyinə 1 dekabr 2018-ci il tarixindən Çində (Honkonq istisna olmaqla) 13 kanadalının saxlanıldığı məlumdur. Onlardan azı 8-nin azad olunduğunu təsdiq edə bilərik", - deyə mətbuat katibinin məlumatında bildirilir.

Qeyd olunur ki, bunadək ictimaiyyət yalnız 3 nəfərin həbsindən xəbərdar idi.

Son xəbərlər

Orphus sistemi