"Huawei" şirkətinin maliyyə direktoru ABŞ-ın tələbi ilə Kanadada saxlanılıb

"Huawei" şirkətinin maliyyə direktoru ABŞ-ın tələbi ilə Kanadada saxlanılıb Bakı. 6 dekabr. REPORT.AZ/ Kanada polisi Çinin Huawei telekommunikasiya şirkətinin maliyyə direktoru xanım Vançjou Meni saxlayıb.
Digər ölkələr
6 Dekabr , 2018 03:58
Huawei şirkətinin maliyyə direktoru ABŞ-ın tələbi ilə Kanadada saxlanılıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Kanada polisi Çinin "Huawei" telekommunikasiya şirkətinin maliyyə direktoru xanım Vançjou Meni saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "The Globe and Mail" qəzeti yazıb.

"Vançjou Men dekabrın 1-də Vankuverdə saxlanılıb. Onun təhvil verilməsi ilə bağlı sorğunu Birləşmiş Ştatlar göndərib, girov qoyulmasına dair dinləmələr cümə gününə təyin edilib", - deyə nəşr Kanadanın Ədliyyə Nazirliyi nümayəndəsinin sözlərini sitat gətirib.

Qəzetin məlumatına görə, direktor ABŞ-ın İrana qarşı ticarət sanksiyalarını pozmaqda ittiham olunur və Birləşmiş Ştatların onun bu səbəbdən ekstradisiyasına dair sorğusu əsasında saxlanılıb.

Vançjou Men "Huawei"in təsisçisi Jen Çjenfeyin qızıdır. O həm də şirkətin idarə heyəti sədrinin müavinidir.

Bundan əvvəl Tramp administrasiyasının ABŞ-da Çin telefonlarının satışını qadağan etmək niyyətində olduğu məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi