Çin XİN: Ukrayna böhranının nə "yaradıcısı", nə də tərəfiyik

Çin XİN: Ukrayna böhranının nə "yaradıcısı", nə də tərəfiyik Çin tərəfi Ukrayna böhranı ilə bağlı qərəzsiz mövqe tutur və münaqişədən faydalanmağa çalışmır.
Digər ölkələr
18 fevral 2025 08:41
Çin XİN: Ukrayna böhranının nə yaradıcısı, nə də tərəfiyik

Çin tərəfi Ukrayna böhranı ilə bağlı qərəzsiz mövqe tutur və münaqişədən faydalanmağa çalışmır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Qo Tszyakun brifinqdə Ukraynaya Çin sülhməramlı qüvvələrinin göndərilməsi mümkünlüyünü şərh edərkən bildirib.

"Çin Ukrayna böhranı ilə bağlı dəfələrlə səsləndirdiyi qərəzsiz mövqeyini ardıcıl şəkildə davam etdirir", - o söyləyib.

Münaqişə kontekstində hipotetik sülh sazişində Pekinin oynaya biləcəyi roldan danışan diplomat qeyd edib ki, Çin Ukrayna böhranının nə "yaradıcısı", nə də tərəfidir.

"Çin böhranın sülh yolu ilə həllinə kömək edən bütün səyləri dəstəkləməyə, maraqlı tərəflərlə əlaqə saxlamağa və böhranın siyasi həllində konstruktiv rol oynamağa davam edəcək", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi