Çin XİN başçısı: "Əfqanıstana tətbiq edilən sanksiyalar ləğv olunmalıdır"

Çin XİN başçısı: "Əfqanıstana tətbiq edilən sanksiyalar ləğv olunmalıdır" "Əfqanıstana qarşı tətbiq edilən birtərəfli müxtəlif sanksiya və məhdudiyyətlər mümkün qədər tez ləğv olunmalıdır".
Digər ölkələr
23 Sentyabr , 2021 10:30
Çin XİN başçısı: Əfqanıstana tətbiq edilən sanksiyalar ləğv olunmalıdır
Van İ

"Əfqanıstana qarşı tətbiq edilən birtərəfli müxtəlif sanksiya və məhdudiyyətlər mümkün qədər tez ləğv olunmalıdır".

“Report” “Ariannews”a istinadən xəbər verir ki, bunu Çinin dövlət müşaviri və xarici işlər naziri Van İ G20-nin (“Böyük 20”lik) xarici işlər nazirlərinin videoformatda keçirilən görüşündə bildirib.

Məlumata görə, həmin görüşün başlıca mövzusu Əfqanıstanla bağlı olub.

Nazir bildirib ki, valyuta ehtiyatları Əfqanıstanın milli sərvətidir və bu ölkənin xalqına məxsusdur: “Bu maliyyə vəsaitindən Əfqanıstana siyasi təzyiq aləti kimi istifadə edilməməlidir”.

Xatırladaq ki, 2021-ci ilin birinci rübündə Əfqanıstanın qızıl ehtiyatı 21,87 tondur. Əfqanıstan Mərkəzi Bankının ABŞ-dakı hesabından “Taliban” istifadə edə bilmir. Beynəlxalq Valyuta Fondunun hesabatına görə, Əfqanıstanın ABŞ banklarındakı valyuta ehtiyatı 2021-ci il aprelin sonunadək 9,4 milyard dollardır.

Son xəbərlər

Orphus sistemi