Çin və Filippin gəmiləri Cənubi Çin dənizində toqquşub
Digər ölkələr
- 11 avqust, 2025
- 11:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Çin dənizində Çin və Filippin gəmiləri toqquşub.
Bu barədə “Report” “Arab News”a istinadən məlumat verib.
Bildirilib ki, Çin hərbi gəmisi mübahisəli Skarboro rifinin yaxınlığında Filippinə məxsus patrul katerini təqib edərkən sahil mühafizə gəmisi ilə toqquşub.
"Filippinə məxsus “BRP Suluan” sahil mühafizə gəmisini təqib edən Çinin “CCG 3104” sahil mühafizə gəmisinin Filippin gəmisinin sağ bortundan təhlükəli manevr etməsi Çin Xalq Azadlıq Ordusunun hərbi gəmisi ilə toqquşmaya səbəb olub", - ABŞ sahil mühafizəsinin Cənubi Çin dənizi məsələləri üzrə nümayəndəsi Cey Tarriela bildirib.
"Nəticədə gəminin burun hissəsi ciddi şəkildə zədələnib", - o qeyd edib.
İlkin məlumatlara görə, xəsarət alanlar yoxdur.
Son xəbərlər
05:09
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək vermək niyyətindədir
Digər ölkələr04:57
Fransada etirazçılar onlarla təhsil müəssisəsini yandırıb
Digər ölkələr04:14
Braziliyada prezident seçkiləri ikinci tura qalıb - YENİLƏNİB-2
Digər ölkələr03:51
İran rəsmisi: ABŞ konqres seçkilərini keçirənədək hərbi münaqişəyə girməyəcək
Region03:27
WSJ: ABŞ bütün bombardmançı təyyarələrini "Ferford" bazasından çıxarıb
Digər ölkələr02:57
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
Futbol02:11
Norveç səfiri "Starlink" peyklərinə görə İran XİN-ə çağırılıb
Region01:42
Konqoda iki gəmi toqquşub, ölənlər var
Digər ölkələr01:11