Çində koronavirusa qarşı mübarizə necə gedir - RƏSMİ

Çində koronavirusa qarşı mübarizə necə gedir - RƏSMİ Çin Xalq Respublikasının sədri Si Szinpin koronavirusun yayılmasına qarşı qəbul edilmiş tədbirlər haqqında məqalə yazıb.
Digər ölkələr
498
16 Fevral , 2020 11:58
Çində koronavirusa qarşı mübarizə necə gedir - RƏSMİ

Çin Xalq Respublikasının sədri Si Szinpin koronavirusun yayılmasına qarşı qəbul edilmiş tədbirlər haqqında məqalə yazıb.

“Report”un məlumatına görə, Çin rəhbəri hazırda epidemiyaya əks təsir üzrə Mərkəzi lider qrupunun işini davam etdirdiyini bildirib.

O, vurğulayıb ki, müvafiq departamentlər öz vəzifələrini yerinə yetirir, hərbçilər yerli epidemiya profilkaktikasına və mübarizəyə fəal dəstək verirlər.

Yeni koronavirusun profilaktikası haqqında və ona qarşı mübarizə haqqında birinci sərəncam 7 yanvar 2020-ci il Si Szinpin tərəfindən verilib. Bundan sonra, yanvarın 20-də epidemiyaya qarşı profilaktika və mübarizə üzrə xüsusi təlimat dərc edilib. Çin Xalq Respublikasının sədri təlimatda ölkə hakimiyyətini təhlükəsizliyə və vətəndaşların sağlamlığına xüsusi diqqət ayırmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi