Çin qida israfçılığına qarşı qanun qəbul edib

Çin qida israfçılığına qarşı qanun qəbul edib Çin lideri Si Tsinpin də qida israfçılığını tənqid edib
Digər ölkələr
29 Aprel , 2021 15:45
Çin qida israfçılığına qarşı qanun qəbul edib

Çində bu gün qida məhsullarından israfçılıqla istifadəyə qarşı qanun qəbul edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qanun ölkə parlamentinin daimi komitəsinin iclasında səsvermə nəticəsində qəbul edilib və bu gündən qüvvəyə minir.

Qeyd edək ki, əvvəlki dövrlərdə çoxsaylı əhalini qida məhsulları ilə təmin etmək Çin hökuməti üçün əsas problemlərdən biri olub. Bu problemi həll etmək mümkün olub və hazırda hökumət geniş miqyas almış qida israfçılığına qarşı mübarizə aparır.

Çin lideri Si Tsinpin də qida israfçılığını tənqid edib.

Ölkədə milyonlarla insanın qatıldığı “Təmiz boşqab” kampaniyasına start verilib. Sosial şəbəkələrdə istifadəçilər boşqablarının fotolarını və ya videolarını paylaşaraq yeməyin hamısının yeyildiyini nümayiş etdirirlər.

Son xəbərlər

Orphus sistemi