Çin ordusunun 26 komandanı işdən çıxarılıb

Çin ordusunun 26 komandanı işdən çıxarılıb Çin Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 2018-ci ilə kimi 300 minədək ixtisar olunacaq
Digər ölkələr
18 Avqust , 2017 09:27
Çin ordusunun 26 komandanı işdən çıxarılıb

Bakı. 18 avqust. REPORT.AZ/ Çin hökuməti Xalq Azadlıq Ordusunun (ordunun rəsmi adı belədir) 26 komandanını və 13 quru qoşun birləşməsinin hamısının siyasi komissarlarını dəyişib.

“Report” TASS-a istinadən xəbər verir ki, həmin vəzifələrə yeni təyinatlar rəsmi “Jenmin jibao” qəzetində dərc olunub.

Məlumata görə, bu ilin martında quru qoşunlarının sayının 18-dən 13-ə enəcəyi barədə məlumat yayılıb. Bu məlumatı bu ilin aprel ayında Çinin Müdafiə Nazirliyi təsdiqləyib. 2015-ci ili noyabrında isə Çin rəhbəri Si Tsizinpin orduda irimiqyaslı islahat keçirəcəklərini bildirib.

Ümumiyyətlə,  2018-ci ilədək Çin Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 300 minədək ixtisar olunaraq, 2 milyona endiriləcək. 2020-ci ilədək isə orduda təşkilati-kadr islahatı başa çatdırılacaq. 

Son xəbərlər

Orphus sistemi