Çin koronavirusla mübarizə üçün 11 ölkədən yardım alıb

Çin koronavirusla mübarizə üçün 11 ölkədən yardım alıb Çin yeni növ koronavirusla mübarizə üçün 11 ölkədən və YUNİSEF-dən yardım alıb.
Digər ölkələr
3 Fevral , 2020 12:33
Çin koronavirusla mübarizə üçün 11 ölkədən yardım alıb

Çin yeni növ koronavirusla mübarizə üçün 11 ölkədən və YUNİSEF-dən yardım alıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin bildirib.

“Çində yeni növ koronavirusun yayılmağa başlamasından bəri bir sıra ölkələr müxtəlif yollarla Çinə anlayış və dəstək nümayiş etdirib. Eepidemiyanın qarşısının alınması və onun nəzarətə götürülməsi məqsədi ilə ölkəmizə Cənubi Koreya, Yaponiya, Böyük Britaniya, Fransa, Türkiyə, Pakistan, Qazaxıstan, Macarıstan, İran, Belarus, İndoneziya və YUNİSEF-dən mal şəklində yardım gəlib”, - diplomat vurğulayıb.

O əlavə edib ki, hazırda Çinin daha çox dərman, qoruyucu geyim, eynək və maskalara ehtiyacı var.

Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin mərkəzi hissəsindəki Uhanda naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib.

Son xəbərlər

Orphus sistemi