Çin əhalisi 2018-ci ildə 1,27 milyon nəfər azalıb

Çin əhalisi 2018-ci ildə 1,27 milyon nəfər azalıb Bakı. 4 yanvar. REPORT.AZ/ Çin əhalisi 2018-ci ildə 1,27 milyon nəfər azalıb.
Digər ölkələr
4 Yanvar , 2019 15:18
Çin əhalisi 2018-ci ildə 1,27 milyon nəfər azalıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Çin əhalisi 2018-ci ildə 1,27 milyon nəfər azalıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Çin Dövlət Səhiyyə və Planlı Doğuşlar Komitəsinin məlumatlarını və başqa açıq yerli mənbələri tədqiq edən Pekin Universitetindən iqtisadçı Su Çianq və Viskonsin Madison Universitetindən doğum üzrə ekspert Yi Fuxian bu qənaətə gəlib.

Bildirilir ki, sözügedən ölkədə 2017-ci ilə nisbətən 2018-ci ildə 2,5 milyon az, yəni cəmi 10,31 milyon uşaq doğulub, eyni zamanda ölüm sayı 11,58 milyon nəfər təşkil edib. Beləliklə, Çin əhalisində son 70 ildə ilk dəfə azalma müşahidə olunub.

Ötən ili Çin əhalisi üçün "tarixi dönüş nöqtəsi" kimi səciyyələndirən ekspert Yi Fuxian bunu doğuş yaşlı qadınların azalması və təhsil, səhiyyə, mənzil xərclərinin artması səbəbindən bir çoxlarının tək övlad sahibi olmağa, yaxud heç övlad dünyaya gətirməməyə üstünlük verməsi ilə izah edib.

Son xəbərlər

Orphus sistemi