Çin ABŞ-ın BMT Təhlükəsizlik Şurasında ikili standartlarına etiraz edib

Çin ABŞ-ın BMT Təhlükəsizlik Şurasında ikili standartlarına etiraz edib ABŞ-ın İsraillə Fələstinin HIMAS qruplaşması arasındakı münaqişə ilə bağlı mövqeyi ikili standartların nə olduğunu nümayiş etdirir.
Digər ölkələr
9 Dekabr , 2023 04:01
Çin ABŞ-ın BMT Təhlükəsizlik Şurasında ikili standartlarına etiraz edib

ABŞ-ın İsraillə Fələstinin HƏMAS qruplaşması arasındakı münaqişə ilə bağlı mövqeyi ikili standartların nə olduğunu nümayiş etdirir.

“Report” xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Szyun deyib.

O, ABŞ-ın qətnamə layihəsinə veto qoymaq qərarından Çinin məyus olduğunu vurğulayıb.

“Bütün bunlar bizə ikili standartların nə olduğunu göstərir”, - diplomat əlavə edib.

Onun sözlərinə görə, döyüşlərin davam etdirilməsinə göz yummaq, eyni zamanda münaqişənin genişlənməsinin qarşısını almaq üçün müdafiə etmək özünü aldatmaqdır, ABŞ-ın qadınların, uşaqların və insan hüquqlarının qorunmasından bəhs edərək döyüşlərin davam etdirilməsinin zəruriliyindən danışması da son dərəcə biabırçılıqdır.

Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasında Birləşmiş Ərəb Əmirliklərinin Qəzza zolağında dərhal atəşkəs elan edilməsinə dair təklif etdiyi qətnaməyə veto qoyub. BMT Təhlükəsizlik Şurasının 13 üzvü qətnamənin lehinə səs verib, Böyük Britaniya bitərəf qalıb, yalnız ABŞ buna qarşı çıxıb.

Son xəbərlər

Orphus sistemi