Çin ABŞ-ın bir sıra qeyri-hökumət təşkilatlarına qarşı sanksiyalar tətbiq edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə brifinqdə Çinin
Onun sözlərinə görə, sanksiyalar NDI, HRW, "Freedom House" məşhur qeyri-hökumət təşkilatlarına da aid olunub.
Qeyd edək ki, bu, Çinin ABŞ-a cavab sanksiyasıdır. Belə ki, daha əvvəl ABŞ Honkonqda "İnsan hüquqları və demokratiyanın müdafiəsi haqqında" qanun qəbul edib. Çin XİN rəsmisi məsələyə belə münasibət bildirib: "ABŞ Çinin etirazına məhəl qoymadı. Bu, beynəlxalq hüququn və beynəlxalq münasibətlərin təməl normalarının ciddi pozuntusu, habelə Çinin daxili işlərinə müdaxilədir".