Bakı. 17 sentyabr. REPORT.AZ/ Çilidə zəlzələ baş verən bölgədən bir milyona yaxın insan təxliyə olunub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Çilinin Fövqəladə Hallar üzrə Milli İdarəsnin direktoru Rikardo Toro bildirib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Onlardan üçü ürək çatışmazlığından həyatlarını itiriblər.
Çili prezidenti Mişel Baçelet zəlzələ baş verən rayonda hökumətin toplantısını keçirəcək.
Xatırladaq ki, gecə saatlarında Çili sahillərində 8,3 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanların episentri ölkənin Valparasio şəhərinin yaxınlığında yerləşib. Zəlzələnin ocağı isə 64 km dərinlikdə olub.
Çili sahillərində zəlzələdən sonra sunami qeydə alınıb. Məlumata görə, dalğaların hündürlüyü 4,5 metri keçib.