Yuxarı

"Charlie Hebdo" jurnalının yeni nömrəsi dərhal satılıb

Paris köşklərinin qarşısında növbələr yaranıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Yanvarın 14-də "Charlie Hebdo" jurnalı bir neçə dəqiqə ərzində satılıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, Paris köşklərinin qarşısında jurnalın yeni nömrəsini almaq istəyən növbələr yaranıb. 

Satıcılar birdirirlər ki, jurnalın daimi oxucuları yeni nömrəni qabaqcadan sifariş edib. 

"Charlie Hebdo" jurnalının bu nömrəsində redaksiyaya bir həftə əvvəl hücum edən və 12 nəfəri qətlə yetirən terrorçular lağa qoyulub. Jurnalda, həmçinin İslam peyğəmbəri Məhəmmədin (s) əlində "Je suis Charlie" ("Mən - Şarliyəm") və "Hər şey bağışlanılıb" lövhəciyi tutan karikaturası yerləşdirilib. 

Jurnalın növbəti sayı 3 milyon tirajla çap olunub, adətən isə jurnalın tirajı 60 min nüsxədən ibarətdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi