Çexiyanın eks-prezidenti koronavirusa yoluxdu

Çexiyanın eks-prezidenti koronavirusa yoluxdu ​​​​​​​Çexiyanın keçmiş prezidenti Vatslav Klaus yeni növ koronavirus infeksiyasına yoluxub
Digər ölkələr
24 Fevral , 2021 03:17
Çexiyanın eks-prezidenti koronavirusa yoluxdu

Çexiyanın keçmiş prezidenti Vatslav Klaus yeni növ koronavirus infeksiyasına yoluxub.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Vatslav Klausun köməkçisi Peter Maçinka jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, eks-prezidentin koronavirus testi müsbət çıxıb, onun ev şəraitində müşahidəsi və müalicəsi aparılacaq .

19 iyun tarixində 80 yaşı olacaq keçmiş prezident peyvənd olunmasını istəmir. Hətta tibbi maskadan istifadə etmədiyinə görə iki dəfə cərimə edilib.

Son xəbərlər

Orphus sistemi