Çexiyada rekord sayda insanda koronavirus aşkarlandı

Çexiyada rekord sayda insanda koronavirus aşkarlandı Çexiyada daha 1 677 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu, ölkədə gündəlik qeydə alınan rekord yoluxma sayıdır
Digər ölkələr
350
16 Sentyabr , 2020 10:03
Çexiyada rekord sayda insanda koronavirus aşkarlandı

Çexiyada daha 1 677 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu, ölkədə gündəlik qeydə alınan rekord yoluxma sayıdır.

“Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Səhiyyə Nazirliyi yayıb.

Öncəki günlə müqayisədə yoluxanların sayı 639 nəfər artıb.

Ötən gün virusdan ölənlərin sayı 11 nəfər olub. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 476-ya yüksəlib. İndiyədək 22 613 nəfər koronavirusdan sağalıb.

Beləliklə, 10,5 mln. əhaliyə malik Mərkəzi Avropa ölkəsində hazırda 15 807 aktiv koronavirus xəstəsi var. Bu pandemiya dövründə qeydə alınan rekord xəstə sayıdır.

Son xəbərlər

Orphus sistemi