Çexiya prezidenti: "NATO Əfqanıstanı Tramp və Baydenə görə tərk edib"

Çexiya prezidenti: "NATO Əfqanıstanı Tramp və Baydenə görə tərk edib" NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasında ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Ağ Evin hazırkı sahibi Cozef Bayden məsuliyyət daşıyır.
Digər ölkələr
22 Avqust , 2021 15:24
Çexiya prezidenti: NATO Əfqanıstanı Tramp və Baydenə görə tərk edib
Miloş Zeman

NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasında ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Ağ Evin hazırkı sahibi Cozef Bayden məsuliyyət daşıyır.

"Report" xəbər verir ki, bunu Çexiya prezidenti Miloş Zeman "Blesk" qəzetinin şəbəkə telekanalına müsahibəsində bildirib.

"Qoşunların Əfqanıstandan çıxarılmasının əsas səbəbi bu, iki prezident olub", - Zeman deyib.

Onun sözlərinə görə, Tramp və Bayden Əfqanıstanda hərbi mövcudluğunu saxlamaqda cəsarət göstərməyib.

Zemanın fikrincə, NATO "ABŞ xidmət təşkilatı" olmağı dayandırmalıdır: "Şimali Atlantika Alyansı hazırda təşkilat ABŞ prezidentinin göstərişlərinə uyğun hərəkət edir. NATO-da köklü və dərin islahatlara ehtiyac var. Fransa Prezidenti Emmanuel Makronun dediyi kimi, Rusiya NATO-nun düşməni deyil, NATO-nun düşməni beynəlxalq terrorizmdir".

Son xəbərlər

Orphus sistemi