Çexiya Rusiyanın diplomatlarını “persona non qrata” elan etdi

Çexiya Rusiyanın diplomatlarını “persona non qrata” elan etdi Çexiya hökuməti Rusiyanın Praqadakı səfirliyinin iki əməkdaşını “persona non qrata” elan edib.
Digər ölkələr
5 İyun , 2020 18:11
Çexiya Rusiyanın diplomatlarını “persona non qrata” elan etdi

Çexiya hökuməti Rusiyanın Praqadakı səfirliyinin iki əməkdaşını “persona non qrata” elan edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çexiya baş naziri Andrey Babiş bildirib.

“Biz suveren dövlətik və bu cür hərəkətlər bizim üçün qəbuledilməzdir. Belə vəziyyətdə Rusiya səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxslər” siyahısına əlavə edilməsinə qərar verdik”, - aş nazir deyib.

Qeyd edək ki, yerli KİV-də Rusiyanın çexiyalı siyasətçiləri zəhərləməklə hədələməsi iddiası dərc edilib.

Rusiyanın Çexiyadakı səfirliyi bunu “uydurma təxribat” adlandırıb.

Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitə sədrinin birinci müavini Vladimir Cabarov bəyan edib ki, Rusiya Praqanın bu qərarına eyni formada cavab verəcək.

Son xəbərlər

Orphus sistemi