Cənubi və Şimali Koreyanın nümayəndə heyətləri bağlı qapılar arxasında danışıqlar aparır

Cənubi və Şimali Koreyanın nümayəndə heyətləri bağlı qapılar arxasında danışıqlar aparır Bakı. 26 fevral. REPORT.AZ/ Şimali Koreyanın yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti ilə Cənubi Koreyanın Milli Birlik Nazirliyinin və Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurları Koreya Xalq Demokratik Respublikası (KXDR) nümayəndələrinin qaldığı hoteldə nahar masası ətrafında danışıqlar aparırlar. 
Digər ölkələr
26 Fevral , 2018 12:01
Cənubi və Şimali Koreyanın nümayəndə heyətləri bağlı qapılar arxasında danışıqlar aparır
ED JONES / AFP

Bakı. 26 fevral. REPORT.AZ/ Şimali Koreyanın yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti ilə Cənubi Koreyanın Milli Birlik Nazirliyinin və Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurları Koreya Xalq Demokratik Respublikası (KXDR) nümayəndələrinin qaldığı hoteldə nahar masası ətrafında danışıqlar aparırlar. 

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat verib.

Bildirilib ki, şimali koreyalıların qaldığı hotelin restoranına ilk olaraq Mərkəzi Komitənin sədr müavini, Koreyanın Əmək Partiyasının vahid cəbhə bölməsinin müdiri Kim Yon Çxolun başçılıq etdiyi KXDR nümayəndələri daxil olublar. Onların ardından restorana Cənubi Koreyanın milli birlik nazirinin müavini Çon He Son və Koreya Respublikasının Xarici İşlər Nazirliyinin Koreya yarımadasında sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Li Do Hun gəliblər. O, həmçinin Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə altıtərəfli danışıqlarda ölkəsini təmsil edir.

Qeyd edək ki, dünən Cənubi Koreyanın Prezident Administrasiyası şimal qonşunun ABŞ ilə dialoqa başlamağa hazır olduğu barədə məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi