Cənubi Sudanın vitse-prezidentinə qarşı sui-qəsd olub

Cənubi Sudanın vitse-prezidentinə qarşı sui-qəsd olub Cinayətkarlar Taban Denqa Qainin kortecini atəşə tutublar
Digər ölkələr
10 May , 2017 03:33
Cənubi Sudanın vitse-prezidentinə qarşı sui-qəsd olub

Bakı. 10 may. REPORT.AZ/ Naməlum cinayətkarlar Cənubi Sudanın birinci vitse-prezidenti Taban Denqa Qainin kortecini atəşə tutublar.

"Report"un məlumatına görə, bu barədə "TASS" xəbər verib.

Ona qarşı pusqu ölkənin paytaxtından 140 kilometr şimalda, Bor şəhərciyindəki magistral yolda təşkil edilib. Hadisə zamanı siyasətçi özü xəsarət almayıb, lakin onun üç cangüdəni yaralanıb.

Xatırladaq ki, ötən ilin avqustunda Cənubi Sudanın keçmiş vitse-prezidenti Riek Maşara da qarşı uğursuz sui-qəsd cəhdi olmuşdu. O, bundan sonra Konqo Demokratik Respublikasına qaçıb. 

Son xəbərlər

Orphus sistemi