Cənubi Koreyanın kimya zavodunda xlor sızmasından 3 nəfər zəhərlənib

Digər ölkələr
  • 17 may, 2018
  • 02:50
Cənubi Koreyanın kimya zavodunda xlor sızmasından 3 nəfər zəhərlənib

Bakı. 17 may. REPORT.AZ/ Cümə axşamı Cənubi Koreyanın Ulsan şəhərindəki kimya zavodunda xlor sızması nəticəsində üç nəfər zərər çəkib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə polis nümayəndəsi məlumat verib.

Hadisə "Hanwha" şirkətinə məxsus müəssisədə baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, zavodun ən azı üç əməkdaşı zəhərlənib. Onların vəziyyəti və hadisənin digər detalları açıqlanmır.