Koreya Xalq Demokratik Respublikasına aid azı 5 PUA Koreya Respublikasının hava məkanını pozub.
“Report” “News-1” istinadən xəbər verir ki, məlumatı Koreya Respublikasının hərbçiləri bildiriblər.
Məlumata görə, PUA-lar 2 metrdən uzun olmayıb. Onlardan birinin ölkə paytaxtı Seulun şimal rayonlarınadək, 4-ü isə Kanvondo adasına uçub.
Cənubi Koreya hərbi mənbələri bunu təxribat adlandırıb.
Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Kanvondo əyalətinin Xenson dairəsində qəzaya uğrayıb.
“Report” “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya rəsmiləri bildiriblər.
Məlumata görə, yüngül “Ka-1” qırıcısının qəzaya uğradığı ehtimal olunur. Təyyarənin göyərtəsindəki iki pilot katapult edərək sağ qalıb. Onlar yaxınlıqdakı hospitala aparılıb.
Başqa bir məlumata görə, Şimali Koreya ərazisindən Cənubu Koreyanın hava məkanına uçan PUA-ya xəbərdarlıq atəşi açılıb.