Cənubi Koreyada yanğın nəticəsində altı nəfər ölüb
Digər ölkələr
- 14 fevral, 2025
- 08:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Cənubi Koreyanın cənub-şərqindəki Pusan liman şəhərində tikintisi davam edən hoteldə baş verən yanğın nəticəsində 6 fəhlə ölüb, 25 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Pusan yanğınsöndürmə qərargahının məlumatına görə, yanğın səhər saat 10:50 radələrində tikilməkdə olan “Banyan Tree” hotelində başlayıb. Yanğınsöndürənlər 14 nəfəri təxliyə ediblər.
Bildirilib ki, yanğın başlayan zaman yüzlərlə fəhlə hadisə yerinin yaxınlığında olub. Cənubi Koreyanın prezidenti vəzifəsini icra edən Çxve San Mok xilasetmə işlərində köməklik göstərmək üçün bütün mövcud personal və avadanlığın səfərbər edilməsinə göstəriş verib.
Son xəbərlər
17:26
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
Xarici siyasət
17:25
AMB rəsmisi: "Maliyyə sektorunda vahid məlumat mənbəyi problemi mövcuddur"
Maliyyə
17:22
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib
Maliyyə
17:22
UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub
Futbol
17:20
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 % artıb
Maliyyə
17:19
ADY: Çindən alınacaq elektrik qatarları əsasən Bakı–Qazax yolunda istismar olunacaq
İnfrastruktur
17:16
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Fərdi
17:11
Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 12 %-dən çox artıb
Maliyyə
17:10
Biləsuvarda əmək yarmarkası keçirilib
Sosial müdafiə