Cənubi Koreyada prezident postu uğrunda 13 namizəd mübarizə aparır

Cənubi Koreyada prezident postu uğrunda 13 namizəd mübarizə aparır Ölkədə növbədənkənar prezident seçkisi ilə bağlı vaxtındanqabaq səsvermə başlayıb
Digər ölkələr
4 May , 2017 09:52
Cənubi Koreyada prezident postu uğrunda 13 namizəd mübarizə aparır

Bakı. 4 may. REPORT.AZ/ Cənubi Koreyada növbədənkənar prezident seçkisi ilə bağlı vaxtındanqabaq səsvermə başlayıb.

“Report” “Yonhap”a istinadən xəbər verir ki, prezident postu uğrunda 13 namizəd mübarizə aparır.

Son rəy sorğularının nəticələrinə əsasən, respondentlərin 42,4 faizi Demokratik Partiyanın namizədi Mun Çje İni, 18,6 faizi isə mərkəzçi Xalq Partiyasından olan namizəd An Çxol Sunu və mühafizəkar qüvvələrin təmsilçisi Xon Çjun Pxyonu prezident görmək istədiklərinin bildiriblər.

Qeyd edək ki, ölkədə prezident seçkisi mayın 9-da keçiriləcək. Seçicilər mayın 5-dək vaxtından qabaq səsvermə də iştirak edə bilər.

Xatırladaq ki, Cənubi Koreyanın keçmiş prezidenti Pak Kın Xenin səlahiyyətləri 2016-cı ilin dekabrında dayandırılıb. Onun adı rəfiqəsi ilə birlikdə korrupsiya qalmaqalında hallanır. Bu ilin martın 10-da isə parlament Pak Kın Xeyə etimadsızlıq göstərib.  

Son xəbərlər

Orphus sistemi