Cənubi Koreyada ofis binası yanıb, 7 nəfər ölüb

Digər ölkələr
  • 09 iyun, 2022
  • 05:53
Cənubi Koreyada ofis binası yanıb, 7 nəfər ölüb

Cənubi Koreyanın Tequ şəhərində yerləşən yeddimərtəbəli ofis binasında yanğın olub.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, daha 46 nəfər xəsarət alıb.

Alovun söndürülməsinə 50 yanğınsöndürmə maşını və 160 yanğınsöndürən cəlb edilib.

Hadisənin səbəbləri araşdırılır. Yanğının qəsdən törədilməsi ehtimalı istisna olunmur.