Cənubi Koreyada COVID-19-a yoluxanların sayı 10,5 min nəfəri ötdü

Cənubi Koreyada COVID-19-a yoluxanların sayı 10,5 min nəfəri ötdü Cənubi Koreyada fevralın sonundan koronavirusa minimal sayda yoluxma qeydə alınıb.
Digər ölkələr
13 Aprel , 2020 07:39
Cənubi Koreyada COVID-19-a yoluxanların sayı 10,5 min nəfəri ötdü

Cənubi Koreyada fevralın sonundan koronavirusa minimal sayda yoluxma qeydə alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi bildirib.

Qeyd edilir ki, son bir gün ərzində ölkədə koronavirusa daha 25 nəfər yoluxub. Bununla da COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 10 537 nəfərə çatıb, virusa yoluxmuş 79 nəfər sağalıb. Ölkədə 217 nəfər pandemiyanın qurbanı olub.

Daha əvvəl virusdan 214 nəfərin öldüyü bildirilirdi. Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası elan edilib. Sakinlərə aprelin 19-dək zərurət olmadıqda evlərini tərk etməməyi, idman, əyləncə və dini müəssisələri bağlamağı xahiş ediblər.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, dünyada artıq demək olar ki, virusa 1,7 milyondan çox yoluxma qeydə alınıb, 105 mindən artıq insan pandemiyanın qurbanı olub. 

Son xəbərlər

Orphus sistemi