Cənubi Koreyada körpünün çökməsi nəticəsində ölənlərin sayı açıqlanıb - YENİLƏNİB
- 25 fevral, 2025
- 09:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Koreyada tikilməkdə olan avtomobil yolunda körpünün çökməsi nəticəsində iki fəhlə ölüb, yeddi nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Daha əvvəl 3 nəfərin öldüyü və 5 nəfərin yaralandığı bildirilsə də, sonradan bu rəqəmə yenidən diqqət yetirilib.
Qeyd edək ki, qəza səhər saat 9:50 radələrində (Bakı vaxtı ilə 04:50) Seuldan təxminən 80 kilometr cənubda, Seul-Sejonq ekspress yolunun bir hissəsinin tikintisində baş verib.
07:38
Cənubi Koreyada tikilməkdə olan avtomobil yolunun çökməsi nəticəsində azı 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, qəza səhər saat 9:50 radələrində (Bakı vaxtı ilə 04:50) Seuldan təxminən 80 kilometr cənubda, Seul-Sejonq ekspress yolunun bir hissəsinin tikintisində baş verib.
İşçilər konstruksiyaların altında olarkən 5 ədəd 50 metrlik polad tir dayaqlarından aşıb. Xilasedicilər dağıntılar arasından 8 nəfəri aşkar ediblər, onlardan 3-ü ölüb, qalan 5 nəfər isə xəsarətlə xəstəxanaya çatdırılıb.
Səlahiyyətlilər hadisə yerində axtarışları davam etdirmək üçün müvafiq xidmətləri səfərbər edib.