Cənubi Koreya ilə Səudiyyə Ərəbistanı hərbi sahədə Memorandum imzalayıblar

Cənubi Koreya ilə Səudiyyə Ərəbistanı hərbi sahədə Memorandum imzalayıblar Seul və Ər-Riyad hərbi-sənaye kompleksi və silahların birgə inkişafı sahəsində Anlaşma Memorandumu imzalayıblar.
Digər ölkələr
5 Fevral , 2024 10:48
Cənubi Koreya ilə Səudiyyə Ərəbistanı hərbi sahədə Memorandum imzalayıblar

Cənubi Koreya və Səudiyyə Ərəbistanı hərbi-sənaye kompleksi və silahların birgə inkişafı sahəsində Anlaşma Memorandumu imzalayıblar.

“Report” xəbər verir ki, bunu Koreya Respublikasının Milli Müdafiə Nazirliyində keçirilən brifinqdə Müdafiə Satınalmaları Proqramının (DAPA) rəsmi nümayəndəsi Çoi Hyon-ho (Choi Hong-hi) bildirib.

“Hazırkı Anlaşma Memorandumu müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır”, - o qeyd edib.

Cənubi Koreya KİV-lərinin məlumatına görə, Memorandum silahların birgə inkişafının əsasını qoymalıdır.

Son xəbərlər

Orphus sistemi