Cənubi Koreya Prezidentinin ölkədən çıxışına qadağa qoyulub - YENİLƏNİB

Cənubi Koreya Prezidentinin ölkədən çıxışına qadağa qoyulub - YENİLƏNİB Cənubi Koreya polisi Prezident Yun Sok Yolun ölkədən kənara səfərlərinin qadağan edilməsi məsələsini nəzərdən keçirir.
Digər ölkələr
9 Dekabr , 2024 11:19
Cənubi Koreya Prezidentinin ölkədən çıxışına qadağa qoyulub - YENİLƏNİB

Koreya Respublikasının Ədliyyə Nazirliyi Prezident Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə " Tona ilbo" qəzeti məlumat yayıb.

Fəaliyyətdə olan Prezidentə qarşı qadağa ilk dəfədir ki, tətbiq edilir.

10:07

Cənubi Koreya Respublikasının yüksək vəzifəli şəxslərinə qarşı Korrupsiyaya Qarşı Mübarizə İstintaq İdarəsi Prezident Yun Sok Yolun ölkədən çıxışına qadağa qoymağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Məlumata görə, idarə müvafiq göstəriş verib.

"Hazırda bu, tətbiq edilməyib. Mən müstəntiqlərə göstəriş vermişəm", - qurumun yüksək vəzifəli əməkdaşı deyib. Hərbi vəziyyətin tətbiqi və sonradan ləğvi ilə bağlı polis və prokurorluq da araşdırmaya başlayıb.

Müxalifət dekabrın 4-də parlamentdə impiçment prosedurasına başlayıb və hesab edir ki, hərbi vəziyyət üçün əsas olmadığından prezident konstitusiyanı pozub.

09:40

Cənubi Koreya polisi Prezident Yun Sok Yolun xarici səfərlərinin qadağan edilməsi məsələsini nəzərdən keçirir.

"Report" "Associated Press"ə xəbər verir ki, buna səbəb onun ölkədə hərbi vəziyyət tətbiq etmək cəhdi olub.

Bildirilib ki, əsas müxalifət Demokratik Partiya prezidentin hərbi vəziyyət tətbiq etməsini "qeyri-konstitusion, qanunsuz qiyam və çevriliş" adlandırıb. Siyasi qüvvələr prezident və keçmiş müdafiə naziri də daxil olmaqla azı 9 nəfər barəsində polisə şikayət edib.

Dövlət başçısı vəzifədə olduğu müddətdə barəsində məhkəmə istintaqı aparılmaması hüququna malik olsa da, bu, qiyam və ya dövlətə xəyanət ittihamlarına şamil edilmir.

Xatırladaq ki, Koreya Respublikasının Prezidenti müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.

Son xəbərlər

Orphus sistemi