Cənubi Koreya: MERS virusundan 15 nəfər ölüb

Cənubi Koreya: MERS virusundan 15 nəfər ölüb Cənubi Koreyada MERS virusuna yoluxanların ümumi sayı 145-ə çatıb
Digər ölkələr
14 İyun , 2015 18:58
Cənubi Koreya: MERS virusundan 15 nəfər ölüb

Bakı. 14 İyun. REPORT.AZ/ Cənubi Koreyada MERS virusu qurbanlarının sayı bazar günü 15-ə çatıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Yaxın Şərq respirator sindrom (MERS) virusundan sonuncu ölüm halı Cənubi Koreyanın Pusan şəhərində qeydə alınıb.

Koronavirus xəstəliyi diaqnozu 62 yaşlı kişidə iyunun 7-də müəyyən edilmişdi.

Məlumata görə virusa yoluxma hadisəsi paytaxt Seulun "Samsunq" tibbi mərkəzində qeydə alınmışdı.

Bu mərkəz Cənubi Koreyada virusun yayılma episentri sayılır.

Həmin xəstəxanada ümumilikdə 70 nəfər MERS virusuna yoluxubmuş.

Bazar günü Cənubi Koreya Səhiyyə Nazirliyi əlavə daha 7 yoluxma hadisəsinin baş verdiyini açıqlayıb.

Nəticədə Cənubi Koreyada MERS virusuna yoluxanların ümumi sayı 145-ə çatıb.

Son xəbərlər

Orphus sistemi