Cənubi Koreya Macarıstana xilasetmə qrupu göndərəcək

Cənubi Koreya Macarıstana xilasetmə qrupu göndərəcək Cənubi Koreya Dunay çayında baş verən gəmi qəzası ilə əlaqədar Macarıstana xilasetmə qrupu və diplomatlar göndərmək niyyətindədir.
Digər ölkələr
30 May , 2019 10:23
Cənubi Koreya Macarıstana xilasetmə qrupu göndərəcək
AP Photo / Peter Lakatos

Cənubi Koreya Dunay çayında baş verən gəmi qəzası ilə əlaqədar Macarıstana xilasetmə qrupu və diplomatlar göndərmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat verib.

Heyətə 6 diplomat və 12 xilasedici daxil ediləcək. Qrupun göndəriləcəyi tarix tərəflər arasında razılaşdırılır.

Qeyd edək ki, göyərtəsində 33 Cənubi Koreya vətəndaşı və 2 macarıstanlı ekipaj üzvünün olduğu gəzinti gəmisi leysan yağışı şəraitində daha böyük gəmi ilə toqquşaraq batıb. Hadisə nəticəsində 7 nəfər ölüb, 19 nəfər itkin düşüb, 7 nəfər isə xilas edilib.

Son xəbərlər

Orphus sistemi