Cənubi Koreya KXDR-dən dialoqun yenilənməsi çağırışına cavab verməyi xahiş edib

Cənubi Koreya KXDR-dən dialoqun yenilənməsi çağırışına cavab verməyi xahiş edib Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasından (KXDR) rəsmi Seulun dialoqun yenilənməsinə çağırışına cavab verməyi xahiş edir.
Digər ölkələr
14 Oktyabr , 2021 02:48
Cənubi Koreya KXDR-dən dialoqun yenilənməsi çağırışına cavab verməyi xahiş edib

Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasından (KXDR) rəsmi Seulun dialoqun yenilənməsinə çağırışına cavab verməyi xahiş edir.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın diplomatı Sunqhun Kim BMT Baş Assambleyasının Birinci komitəsinin iclasında bildirib.

"Biz Şimali Koreyadan dialoqun yenilənməsinə çağırışımıza cavab verməyi xahiş edirik", - Sunqhun Kim deyib.

Qeyd edək ki, Cənubi və Şimali Koreya 27 iyulda əlaqələrin bərpa olunmasını elan ediblər və 2020-ci ilin iyununda pozulmuş rabitə xətlərinin işini yeniləyiblər. Amma KXDR Cənubi Koreya ilə ABŞ-ın avqustda birgə hərbi təlimlər keçirməsi fonunda yenidən zənglərə cavab verməyi dayandırıb.

Son xəbərlər

Orphus sistemi