Cənubi Koreya, ABŞ və Yaponiya geosiyasi riskləri müzakirə edəcək

Cənubi Koreya, ABŞ və Yaponiya geosiyasi riskləri müzakirə edəcək Cənubi Koreya, ABŞ və Yaponiyadan olan milli təhlükəsizlik müşavirləri Şimali Koreyanın onlar üçün yaratdığı təhdidlər daxil olmaqla, regional geosiyasi risklərə cavabları müzakirə etmək üçün bu həftə Seulda görüşəcəklər.
Digər ölkələr
5 Dekabr , 2023 11:23
Cənubi Koreya, ABŞ və Yaponiya geosiyasi riskləri müzakirə edəcək

Cənubi Koreya, ABŞ və Yaponiyadan olan milli təhlükəsizlik müşavirləri Şimali Koreyanın yaratdığı təhdidlər daxil olmaqla, regional geosiyasi risklərə cavabları müzakirə etmək üçün bu həftə Seulda görüşəcəklər.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın ABŞ-dəkı səfiri Ço Hen Dona istinadən məlumat yayıb.

Cənubi Koreya prezidentinin milli təhlükəsizlik müşaviri Ço Txe Yen və onun ABŞ və Yaponiyadan olan həmkarları müvafiq olaraq Ceyk Sallivan və Takeo Akiba dekabrın 8-9-da üçtərəfli danışıqlar aparmaq niyyətindədirlər.

Səfir qeyd edib ki, Şimali Koreyanın bu yaxınlarda kəşfiyyat peykini orbitə buraxması üç ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığa təcili ehtiyac olduğunu göstərir.

Son xəbərlər

Orphus sistemi