Cənubi Asiya ölkələrində leysan yağışları fəsadlar törədib, ölənlər var

Cənubi Asiya ölkələrində leysan yağışları fəsadlar törədib, ölənlər var Pakistan, Hindistan, Nepal və Banqladeşdə muson yağışları nəticəsində meydana gələn daşqınlar zamanı azı 200 nəfər ölüb, yüz minlərlə sakin evini tərk etməli olub.
Digər ölkələr
17 İyul , 2019 16:40
Cənubi Asiya ölkələrində leysan yağışları fəsadlar törədib, ölənlər var

Pakistan, Hindistan, Nepal və Banqladeşdə muson yağışları nəticəsində meydana gələn daşqınlar zamanı azı 200 nəfər ölüb, yüz minlərlə sakin evini tərk etməli olub.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, iki həftədən artıqdır davam edən leysan yağışları bir çox bölgələrdə daşqın və selə səbəb olub.

Hindistanda təbii fəlakət nəticəsində 120 nəfər ölüb, ölkənin Mumbai şəhərində yaşayış evinin uçması 14 sakinin ölümünə səbəb olub.

Nepalda da daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 80 nəfər ölüb, on minlərlə sakin evsiz qalıb.

Banqladeşdə isə ölkənin üçdə biri su altında qalıb. Təbii fəlakət bölgələrinin bir çoxunda ərzaq təchizatındakı fasilələr vəziyyəti daha da ağırlaşdırır.

Son xəbərlər

Orphus sistemi