Cənubi Afrikada daşqınlar nəticəsində ölənlərin sayı 443-ə çatıb

Cənubi Afrikada daşqınlar nəticəsində ölənlərin sayı 443-ə çatıb Cənubi Afrika Respublikasının (CAR) Kvazul-Natal əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 443-ə çatıb.
Digər ölkələr
17 Aprel , 2022 19:11
Cənubi Afrikada daşqınlar nəticəsində ölənlərin sayı 443-ə çatıb

Cənubi Afrika Respublikasının (CAR) Kvazul-Natal əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 443-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli INC telekanalı məlumat yayıb.

Daha 63 nəfər itkin düşmüş hesab edilir. Ən çox ölüm halı (350-dən çox) inzibati mərkəzi Durban şəhəri olan İtekvini bələdiyyə rayonunda təsdiqlənib.

Əyalətdə 4 mindən artıq inzibati bina və ev tamamilə dağılıb. Bir çox avtomobil yolları və dəmir yolları su altında qalıb, onlarla körpü uçub. Əksər ərazilərdə hələ də elektrik enerjisi, mobil rabitə və içməli su yoxdur. Yüzlərlə məktəbdə təhsil dayandırılıb, bir çox mağaza və bank filialları işləmir.

Kvazul-Natal hökumətinin iqtisadi inkişaf, turizm və ətraf mühitin mühafizəsi departamentinin rəhbəri Ravi Pillaide bildirib ki, daşqınların əyalətə vurduğu ziyan 10 milyard randı (680 milyon dollar) ötüb.

Cənubi Afrikada iki günlük fasilədən sonra leysan yağışları yenidən başlayıb, sinoptiklərin proqnozlaşdırdığı kimi, aprelin 19-dək davam edəcək. Yüksək daşqın təhlükəsi ilə əlaqədar dörd əyalətdə xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi