Yuxarı

Cənubi Afrika Respublikasında 486 şaxtaçı xilas edilib

Hadisə Kusasalethu qızıl mədənində 2 km dərinlikdə baş verib

Bakı. 23 Fevral. REPORT.AZ/ Cənubi Afrika Respublikasında qızıl mədənində başlayan güclü yanğından sonra itkin düşən yüzlərlə şaxtaçı xilas edilib.

"Report"un BBC-yə istinadla verdiyi məlumata görə, hadisə Kusasalethu qızıl mədənində 2 km dərinlikdə baş verib.

Mədənə sahiblik edən Harmonу Gold şirkəti şaxtada başlamış yanğının nəzarət altına götürüldüyünü. 486 nəfərin xilas edildiyini açıqlayıb.

Güman edildiyinə görə, yanğın təmir işləri aparıldığı zaman başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi