Cənubi Afrika nüvə enerjisini inkişaf etdirmək niyyətindədir

Cənubi Afrika nüvə enerjisini inkişaf etdirmək niyyətindədir Cənubi Afrika Respublikası (CAR) ölkədə elektrik enerjisi çatışmazlığı problemini həll etmək üçün nüvə enerjisi sənayesini inkişaf etdirəcək.
Digər ölkələr
14 İyul , 2024 01:42
Cənubi Afrika nüvə enerjisini inkişaf etdirmək niyyətindədir

Cənubi Afrika Respublikası (CAR) ölkədə elektrik enerjisi çatışmazlığı problemini həll etmək üçün nüvə enerjisi sənayesini inkişaf etdirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu CAR-ın elektrik və energetika naziri Kqosientşo Ramokqopa milli birlik hökumətinin siyasətinin əsaslarını hazırlamaq üçün Nazirlər Kabinetinin iclası başlamazdan əvvəl bildirib.

“Cənubi Afrika hökuməti enerji böhranının öhdəsindən gəlmək üçün nüvə satınalma proqramı təqdim edəcək. Söhbət 2,5 min MVt istehsal gücündən gedir. İndi biz ödəyə biləcəyimiz miqyas və tempdən danışırıq”, – o qeyd edib.

Daha əvvəl Ramokqopa bildirmişdi ki, Cənubi Afrikada yeni atom elektrik stansiyasının tikintisi üçün büdcənin təsdiqi son mərhələdədir və qərar 2024-cü ilin avqustunda qəbul edilə bilər.

Son illərdə Cənubi Afrika əhəmiyyətli elektrik çatışmazlığı ilə üzləşib və bu, ölkə daxilində uzun müddət davam edən işıqların kəsilməsinə səbəb olub.

Son xəbərlər

Orphus sistemi