Yuxarı
    Bağlamaq

    Cenevrədə Suriya üzrə danışıqların yeni mərhələsi iyunda keçiriləcək

    BMT-nin xüsusi nümayəndəsi gələn həftə BMT Təhlükəsizlik Şurası və BMT baş katibi ilə məsləhətləşmələr aparacaq

    Bakı. 20 may. REPORT.AZ/ Suriya üzrə danışıqların yeni mərhələsinin iyunda keçiriləcəyi planlaşdırılır.

    Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

    "Dəqiq tarix Cenevrədə hotellərdəki vəziyyətdən asılıdır. Belə ki, burada paralel olaraq BMT-nin İnsan Haqları Şurasının sessiyası keçiriləcək", - danışıqların təşkilinə yaxın olan mənbə bildirib.

    BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura dünən hələ danışıqların yeni mərhələsinin dəqiq tarixini söyləmək niyyətində olmadığını açıqlayıb. O, əvvəlcə bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurası və BMT baş katibi ilə məsləhətləşmək istəyir. Məsləhətləşmələr gələn həftəyə nəzərədə tutulub. Danışıqların yeni mərhələsi isə iyunda olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi