Çe Gevaranı yaxalayan general vəfat edib
Digər ölkələr
- 07 may, 2023
- 19:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İnqilabçı Ernesto Çe Gevaranın tutulması əməliyyatına rəhbərlik edən boliviyalı general, ehtiyatda olan Qeri Prado 85 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə “El Deber” qəzeti məlumat yayıb.
Pradonun ölümünü oğlu da təsdiqləyib. Qəzetin yazdığına görə, istefada olan generalın böyrəklərində problemlər olub.
Qeyd edək ki, Fidel Kastronun yaxın adamı və 1959-cu il Kuba İnqilabının liderlərindən biri olan Çe Gevara 1967-ci ildə partizan hərəkatı təşkil etməyə çalışdığı Boliviyada tutularaq edam edilib. İnqilabçının tutulması və partizanlara qarşı mübarizəsinə görə Boliviya Parlamenti həmin il Pradonu milli qəhrəman adı ilə təltif etmişdi.
Son xəbərlər
14:47
Avropanın enerji təhlükəsizliyi sınağı - Azərbaycanın artan rolu
Analitika
14:42
Foto
Ağdam Dövlət Sosial İqtisad Kollecinin 100 illiyi qeyd olunub
Elm və təhsil
14:41
Ukrayna Rusiyanın 5 hərbi təyyarəsini məhv edib
Digər ölkələr
14:36
UFC-də ikinci qələbəsini qazanan Tahir Abdullayev: "Bu turnirdə çıxış etmək arzum idi"
Fərdi
14:26
Video
"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib
Qarabağ
14:25
Gürcüstanın Baş naziri gələn il Azərbaycana səfər edəcək
Xarici siyasət
14:17
Rusiya səfiri Polşadan çıxarıla bilər
Digər ölkələr
14:17
Yunanıstanda ümummilli tətil başlayıb, təyyarə reysləri və bərə daşımaları ləğv edilib
Digər ölkələr
14:17
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edəcək
Region