Çavuşoğlu: “İsveçin terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığı NATO-ya qəbul üçün şərtdir”
Digər ölkələr
- 04 aprel, 2023
- 15:25
İsveçin terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığı rəsmi Ankaranın İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi üçün zəruri şərtdir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Tobias Billström ilə görüşdən sonra bildirib.
“İsveçli həmkarım ilə görüşdə ona NATO-ya üzv olmaq üçün atılması zəruri olan addımları xatırlatdım. Terrorizmlə mübarizədə nəticəyönümlü əməkdaşlıq mütləqdir”, - onun tviterdəki postunda deyilir.
Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdi, lakin Türkiyə onlardan terror təşkilatları kimi tanıdığı kürd təşkilatlarını terrorçu elan etmələrini tələb edərək giriş prosesini əngəlləmişdi.
Son xəbərlər
11:04
NATO Rusiyanın qlobal dəniz təhdidinə qarşı hazırlıq görülməsinə çağırış edib
Digər ölkələr10:35
Şri-Lankada tropik qasırğa nəticəsində ölənlərin sayı 643-ə çatıb
Digər ölkələr10:19
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında VII turun proqramları bəlli olub
Komanda10:10
Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası keçiriləcək
Mədəniyyət siyasəti09:56
Amerikanın "Electron" raketi YATA-nın eksperimental peykini orbitə çıxarıb
Digər ölkələr09:41
KİV: Upamekano "Bavariya"dan "Real Madrid"ə transfer olunmağa yaxındır
Futbol09:25
Azərbaycan Basketbol Liqasında bu gün IX tura yekun vurulacaq
Komanda09:24
FAKTİKİ HAVA: Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində sulu qar yağır
Ekologiya09:13